Bazar ertəsi - Şənbə, 08:00 - 17:00
+994 50 278 37 02

"AZӘRSÜNGӘR" şirkәti haqqında әlavә mәlumat.

"AZƏRSÜNGƏR" şirkəti hal-hazırda Azərbaycanda fəaliyyət göstərən ən iri süngər, matras və mebel istehsalçılarından biridir.

VİDEO

HAQQIMIZDA

“AZƏRSÜNGƏR” Şirkəti 2006 -cı ildə qurulmuşdur. İlk olaraq matras istehsalı ilə fəaliyyət göstərmişdir. 2009 -cu ildə süngər istehsalı, 2012 - ci ildə isə mebel istehsalına başlamışdır. "AZƏRSÜNGƏR" şirkəti hal-hazırda Azərbaycanda fəaliyyət göstərən ən iri süngər, matras və mebel istehsalçılarından biridir. Şirkət süngər, “RELAX” markası ilə matras və müştərilərin istəyinə uyğun istənilən çeşitdə qonaq, yataq və mətbəx mebellərini istehsal edir.

Matras istehsalı

Yaxşı yuxu üçün yaxşı matras mütləqdir. Bizim matraslarımız ortopedikdir, hipoallergendir və ən yaxşı xammallardan istifadə olunaraq hazırlanır

  • Matras istehsalında əsasən poladdan hazırlanmış yaylı blok və çərçivədən istifadə olunur.
  • Blokun hər yay sırasını doldurmaqla matrasın ortopedikliyini təmin olunur.
  • Blokun təhlükəsizliyi üçün sərt keçə və onun üzərində D-28 sıxlıqlı süngərdən istifadə olunur.

Matrasın tam ortopedikliyini təmin etmək üçün onurğanın formasını ala bilən 15 mm qalınlıqda təbii şəkildə hazırlanmış kimyəvi qatqısız lateksdən istifadə olunur. Onun üzərinə ekoloji təmiz, bakteriyalara qarşı özəl prosedurdan keçmiş süngərlə toxunaraq estetik gözəllik verən toxunma parça tikilir.

Matras Sizin boyunuzun ölçüsündәn 15-20 sm uzun olmalıdır.

Matrasın sərtliyi çəkiniz, yaşınız və sağlamlıq vəziyyətiniz nəzərə alınmaqla seçilir. Əgər çəkiniz 80-90 kq-dan artıqdırsa, bir qədər sərt matras seçmək lazımdır.

  • Yaş həddinə gəldikdə isə, həkimlər uşaqlar üçün daha sərt matras seçməyi tövsiyə edirlər – bu seçim bel sütununun düzgün formalaşması baxımından məqsədəuyğundur. Yaşlı insanlar isə yuxu zamanı normal qan dövriyyəsinin təmin olunması üçün yumşaq matraslara üstünlük verməlidirlər.

  • Bu halda sağlamlıq vəziyyəti nəzərə alınmalıdır. Misal üçün, osteoxondroz zamanı və belin yuxarı nahiyyələrində ağrı hissləri olarkən bir qədər sərt modellərdən istifadə etmək tövsiyə olunur. Bel ağrılarında isə yumşaq matraslara üstünlük verilir.

Diqqət! Bel xəstəliklərindən əziyyət çəkənlərə matras əldə etməzdən əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edirik. Nəzərə alın ki, bunlar ümumi tövsiyələrdir və matrasın məhz Sizin üçün rahat olan modelini seçmək vacibdir.

XİDMӘTLӘR

Şirkətimizdə istehsal olunan məhsullar çeşitlərinə görə müvafiq xidmətlərlə müştərilərimizə təqdim olunur.

Süngәr istehsalı

Süngərlər "EASTFOAM" markası adı ilə istehsal olunur.

İstehsal olunan süngərlər blok şəkilində olmaqla D16, D18, D20, D22, D25 və D28 sıxlıqda olur. Müştərilərin sifarişinə uyğun olaraq istehsal olunmuş bloklar istənilən ölçülərə kəsilə bilir.

Matras istehsalı

Şirkət "RELAX" markası adı ilə yüksək keyfiyyətli matraslar istehsal edir.

İstehsal olunan matraslar klassik, 50%, 80%, 100% ortopedik və VİP olur. Matraslar müştərilərimizin sifarişinə görə istənilən ölçü və hündürlükdə istehsal olunur.

Mebel istehsalı

Mebellər mətbəx, qonaq dəsti, yumşaq və yataq dəsti olaraq istehsal olunur.

Mebelləri müştərilər istənilən olçü və dizaynda sifariş verə bilərlər. Sifarişdən öncə mebellərin 3D dizaynı və virtual görünüşü müştərilərə təqdim olunur.

Polietilen istehsalı

Polietilen torbalar, kisələr, babin və örtüklər yüksək keyfiyyətdə istehsal olunur.

Müştərilər istənilən ölçüdə və qalınlıqda polietilen torba və örtüklər sifariş edə bilərlər.

YENİLİKLӘR

Azərsüngər şirkətində istehsal olunan məhsullarla bağlı yenilikləri aşağıda vaxtaşırı yenilənən bölmədən əldə edə bilərsiniz.

SÜNGӘR

Əlavə

MATRAS

Əlavə

MATRAS

Əlavə

MEBEL

Əlavə

QİYMӘTLӘR

Azərsüngər şirkəti tərəfindən yüksək keyfiyyətlə istehsal olunan bütün məhsulların uyğun qiymət cədvəli.

ӘLAQӘ

Müştərilər aşağıdakı telefon nömrələri ilə və yaxud da "Mesaj" bölməsi vasitəsilə əlaqə saxlayıb sifariş verə bilərlər.

Ünvan

Sumqayıt / Azərbaycan, İnşaatçılar qəs. Y. Məmmədov küç. 14A

Email

azersungar@mail.ru
ivahmadov@mail.ru

Zәng edin

+994 50 278 37 02
+994 50 289 39 14

Yüklənir
Təşəkkür edirik. Mesajınız göndərildi